XƏBƏRLƏR
1664 Arxiv

2020.10.27

AMEA əməkdaşları AQTA-nın tədbirində iştirak ediblər

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Baytarlıq preparatlarının heyvandarlıq sahəsində istifadəsinə dair elmi qiymətləndirmə layihəsi”nin müzakirəsinə və AQTA-da fəaliyyət göstərən Qida Təhlükəsizliyi üzrə Elmi Komitənin yeni tərkibinin seçilməsinə həsr edilən onlayn iclas keçirilib.

Tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədov, Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov  Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov “Zoom” platforması üzərindən iştirak ediblər.

İclasın yekununda Qida Təhlükəsizliyi üzrə Elmi Komitənin tərkibinə yeni üzvlər, o cümlədən biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov daxil edililib.

http://science.gov.az/news/open/14762