XƏBƏRLƏR
3853 Arxiv

2016.08.22

İlyas Babayev və Sevinc Rəcəbova cənub rayonlarında ekspedisiyada olublar

İlyas Rəzzaq oğlu Babayev və Sevinc Səadət qızı Rəcəbova Lənkəran, Lerik, Astara və Qızılağac Dövlət Təbiət Qoruğunda ekspedisiyada olublar.

İnstitutun “Ornitologiya” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Babayev İlyas Rəzzaq oğlu və elmi işçi, dissertant Rəcəbova Sevinc Səadət qızı 20-26 iyul tarixlərində “Xəzərin Azərbaycan hissəsinin Cənub sahillərində (Şahdili-Astara) yaşayan quşlardan qaraördək və pazdimdik cinslərinə daxil olan növlərin yaşayış yerlərinə və say dinamikasına təsir edən amillər” mövzusund aelmi-tədqiqa tişi üzrə ekspedisiyada olmuşlar. Ekspedisiya müddətində Lənkəran, Lerik, Astara və Qızılağac Dövlət Təbiət Qoruğundan materiallar toplanmışdır. Tədqiqat zamanı binokl, teleskop və fotoaparatdan istifadə olunmuşdur.