XƏBƏRLƏR
1635 Arxiv

2020.07.16

Zoologiya İnstitutu əməkdaşı nadir və azsaylı növlərin tədqiqi istiqamətində işləri davam etdirir

AMEA Zoologiya İnstitutunun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova herpetofaunanın tədqiqi məqsədilə respublikanın Astara və Yardımlı rayonlarının müxtəlif landşaftlarında ekspedisiyada olub.

Gənc alim herpetoloji tədqiqatlar zamanı qeyd olunan ərazilərdə Azərbaycan Respublikası "Qırmızı Kitabı"na daxil edilən amfibi və sürünən növlərinin yeni yayılma nöqtələrini qeydə alıb. Yədqiqatçı tərəfindən  həmçinin nadir növlərin fəsli və gündəlik fəallığı tədqiq olunub, yayıldıqları ərazilərin mikrorelyefi təsvir edilib. Tədqiqat ərazilərində Talış quru qurbağası, Aralıq dənizi tısbağası, Xarabalıq kələzi, İran təlxəsi, Adi qonur ilan kimi nadir və bir sıra adi növlər qeydə alınıb.