XƏBƏRLƏR
1651 Arxiv

2020.07.16

Zoologiya İnstitutu əməkdaşları respublikanın bir sıra ərazilərində ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Natalya Sneqovaya, aparıcı  elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülər Hüseynzadə, böyük elmi işçiləri -  biologiya üzrə fəlsəfə doktoru Ellada Hüseynova və biologiya üzrə fəlsəfə doktoru İlhamə Kərimova may, iyun, iyul ayları ərzində respublikanın Abşeron yarımadası, Xızı, Mingəçevir, Ağdaş, Qax, Zaqatala, Balakən, Astara, Yardımlı rayonlarında və ətraf ərazilərdə ekspedisiyada olublar. Ekspedisiya zamanı elmi-tədqiqat planlarına uyğun olaraq çöl müşahidələri aparılıb, həşəratlar sinfinin müxtəlif dəstələrinə aid növlər toplanılıb. Əldə olunan materiallar institutun entomologiya kolleksiyasına təhvil verilib.

Tədqiqat ərazilərində həmçinin Azərbaycan Respublikası "Qırmızı Kitabı"nın III nəşrinə salınması planlaşdırılan bir neçə  növ də  qeydə alınıb.