2020.06.25
Zoologiya İnstitutunun magistrantı dissertasiya işini uğurla müdafiə edib
24 iyun 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunun "Onurğalılar zoologiyası" ixtisası üzrə II kurs magistrantı Quliyeva Aqiyə Mehdi qızının dissertasiya işinin onlayn müdafiəsi keçirilib.
Tədbir AMEA-nın Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru Validə Əlizadə, Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Pənah Muradov, Zoologiya İnstitutunun təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Türkan Qurbanova, institutun Quru onurğalıları laboratoriyasının elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Qasımova və şura üzvlərinin iştirakı ilə keçirilib.
Tədbiri Botanika İnstitutunun magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın sədri, biologiya elmləri doktoru Validə Əlizadə açaraq sözü gənc tədqiqatçıya verib.
Sonar magistrant Aqiyə Quliyeva "Abşeron Milli Parkında reptililərin növ müxtəlifliyi və ekoloji xüsusiyyətləri" mövzusunda olan dissertasiya işini müzakirəyə təqdim edib. Mövzu ilə bağlı geniş müzakirələr aparıldıqdan sonra səsvermə keçirilib və dissertasiya işi müvafiq meyarlar üzrə qiymətləndirilib. Səsvermənin nəticələrinə əsasən, magistrant əla balla qiymətləndirilib, ona magistrlik dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.
Sonda iştirakçılar magistrantın fəaliyyəti yüksək qiymətləndirərək, ona gələcək elmi fəaliyyətində uğurlar arzulayıblar.