2020.06.19
Zoologiya İnstitutu magistraturasında təhsil alan magistrantların yay imtahan sessiyasına başlanılıb
AMEA Zoologiya İnstitutu magistraturasında təhsil alan magistrantların yay imtahan sessiyasına başlanılıb. İmtahanlar AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 1 iyun 2020-ci il tarixli “AMEA-nın magistraturasında yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili haqqında” Sərəncamına əsasən baş tutacaq.
Belə ki, 19 iyun 2020-ci il tarixində Zoologiya İnstitutunda "Onurğalılar zoologiyası" ixtisası üzrə təhsil alan I kurs magistrantı Nigar Vəliyevanın yay sessiyasında ilk imtahanı keçirilib. “Heyvanların müqayisəli anatomik quruluşu” fənni üzrə imtahan verən magistrant “əla” qiymətlə qiymətləndirilib.