XƏBƏRLƏR
1633 Arxiv

2020.06.19

Zoologiya İnstitutunun əməkdaşları növbəti dəfə ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun  Tətbiqi Zoologiya Mərkəzinin  əməkdaşları iyun ayı ərzində Respublikanın Ağdaş, Qəbələ və Abşeron rayonları ərazilərində ekspedisiyalarda olublar. Bu müddət ərzində əməkdaşlar tərəfindən tədqiqat planlarına uyğun olaraq müşahidələr aparılıb, materiallar toplanıb, nümunələr götürülüb.

Eyni zamanda, ekspedisiya dövründə əməkdaşlar tərəfindən həmin ərazilərdə yaşayan, kənd təsərrüfatı ilə məşğul olan əhaliyə və maraqlanan şəxslərə zərərvericilər, onlara qarşı mübarizə tədbirləri, bu zərərvericilərin təbii düşmənləri barədə ətraflı maarifləndirici məlumatlar verilib.