XƏBƏRLƏR
1518 Arxiv

2020.06.16

AMEA-da yay imtahan sessiyası iyunun 22-dən iyulun 20-dək keçiriləcək

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev 12 iyun 2020-ci il tarixində “Yay imtahan sessiyasının keçirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanlarının keçirilməsi məqsədilə ixtisas, xarici dillər və Azərbaycan dili (xarici vətəndaşlar üçün) fənlərindən doktorluq imtahanlarının qəbulu ilə bağlı yay imtahan sessiyasının 2020-ci il iyunun 22-dən iyulun 20-dək keçirilməsi nəzərdə tutulur. Doktorluq imtahanları AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmiş fənn proqramlarına uyğun olaraq karantin rejiminin tələblərinə riayət edilməklə ənənəvi qaydada, zərurət olduqda isə onlayn keçiriləcək.

Həmçinin ixtisas fənni üzrə doktorluq imtahanlarını qəbul etmək məqsədilə elmi müəssisələrdə imtahan komissiyaları yaradılacaq.

İngilis dilindən doktorluq imtahanları AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli qərarına uyğun olaraq akademik IELTS proqramı üzrə, alman və fransız dillərindən isə AMEA prezidentinin 9 oktyabr 2019-cu il tarixli sərəncamına uyğun olaraq keçiriləcək.

http://science.gov.az/news/open/13380