2020.06.12
Zoologiya İnstitutunun əməkdaşı beynəlxalq vebinarda iştirak edib
AMEA Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının elmi işçisi, Beynəlxalq əlaqələr şöbəsi üzrə məsul şəxs Elyanə Tahirova 11 iyun 2020-ci il tarixində “Leica Microsystems” tərəfindən təşkil olunan “Correlative (Cryo-) Microscopy for Cell Biology” (Hüceyrə Biologiyası üçün korrelyativ (Cryo-) mikroskopiya) adlı vebinarda iştirak edib.
ABŞ-ın Viskonsin-Medison Universitetinin professor və fəlsəfə doktorlarının iştirakı ilə baş tutan vebinar korrelyativ işıq və elektron mikroskopiyasının (KİEM) müxtəlif mikroskoplar və vizual metodların 4D sistemlərinə tətbiqi ilə bioloji kəşflərə imkan verməsi, flüoressensiya mikroskopiyanın krio-elektron tomoqrafiyası ilə birləşməsinin tədqiqatçılara hüceyrə və struktur biologiyası arasındakı bilik boşluqlarını aradan qaldırmağa kömək etməsi haqqında mövzuları əhatə edib. Vebinarın sonunda E.Tahirova sertifikatla təltif olunub.