XƏBƏRLƏR
1673 Arxiv

2020.06.10

Zoologiya İnstitutunun dissertantı Respublika onlayn elmi konfransında iştirak edib

AMEA Zoologiya İnstitutunun dissertantı  Nəzakət Abasova 5-6 iyun 2020-ci il tarixlərində  Sumqayıt Dövlət Universitetinin təşkil etdiyi “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi: nailiyyətlər və problemlər” mövzusunda keçirilən Respublika onlayn elmi konfransında iştirak edib. Tədbirdə insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadəsi ölkədə aparılan sosial islahatların mühüm tərkib hissələrindən biri olduğu kimi vacib məsələlərə toxunulub. Konfransa 18 təşkilatdan 134 məqalə və tezis təqdim olunub ki , antiplagiat proqramdan keçirilmiş 94 tezis və məqalə konfrans proqramına daxil edilib.

Keçirilən onlayn tədbirdə Zoologiya İnstitutunun dissertantı Nəzakət Abasova “Lənkəran-Astara bölgəsinin subtropik və sitrus bitkilərinə zərər vuran bəzi çanaqlı və yalançı çanaqlı yastıcalarının (Hemiptera, Diaspididae, Lecaniidae) müasir faunası” adlı elmi məqalə ilə çıxış edib.