XƏBƏRLƏR
1754 Arxiv

2020.06.03

Zoologiya İnstitutu magistrinin dissertasiya işinin ilkin müdafiəsi keçirilib

3 may 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunun magistri Quliyeva Aqiyə Mehdi qızının 249656 - “Onurğalılar zoologiyası” ixtisası üzrə “Abşeron Milli Parkında reptililərin növ müxtəlifliyi və ekoloji xüsusiyyətləri” adlı magistrlik dissertasiya işinin ilkin müdafiəsi keçirilib. Magistr Aqiyə Quliyeva öz təqdimatında  milli park ərazisinin biomüxtəlifliyinin müasir vəziyyəti, bu ərazilərdə sürünənlərin (Reptilia)  müxtəlifliyinin qorunub saxlanması üçün vacib olan elmi məlumatlar əldə edilməsi, sürünən növlərinin müasir ekoloji vəziyyətini və ona təsir edən ekoloji amillərin öyrənilməsi kimi vacib məsələləri vurğulayaraq, iştirakçıları dissertasiyanın əsas nəticələri ilə tanış edib.

Təqdimatdan sonra A. Quliyeva iştirakçıların suallarını cavablandırıb. Sonda gənc tədqiqatçıya  təklif və tövsiyələr bildirilib.