XƏBƏRLƏR
4181 Arxiv

2016.07.22

AMEA Zoologiya İnstitutunun əməkdaşları “Vikipediya” təlim kursunda iştirak etdilər

AMEA Zoologiya İnstitunun əməkdaşları AMEA Mərkəzi  Elmi Kitabxanasında Vikipediya mövzusuna dair keçirilən  təlimlərdə iştirak etmişlər. Zootexnik Günel Rizvan qızı İsayeva, kiçik elmi işçi Nərmin Adil qızı Həsənli, böyük laborant Ləman Bəhram qızı Dadaşova, böyük laborant Nigar Azər qızı Yusifova, böyük elmi işçi Şəfa İlqar qızı Xasayeva Vikipediya mövzusunda təlim kursu keçərək, müəyyən bilgilərə yiyələndilər. Əməkdaşlarımıza Vikipediyanın əsas prinsipləri, hesab açmaq, izah edilmiş, ensiklopedik məqalələr yaratmaq, onların strukturlaşdırılması, müzakirələrdə iştirak etmək və s. öyrədilmişdir. Mövzuları əhatə edən  təlimlər 5 gün davam etdi.