XƏBƏRLƏR
1603 Arxiv

2020.06.01

AzScienceNet elm-kompüter şəbəkəsinin korporativ e-poçt xidməti sistemində yaranan qəza ilə bağlı açıqlama

29 may 2020-ci il tarixində saat 18:00 radələrindən etibarən AMEA-nın Rəyasət Heyətinə, elmi tədqiqat müəssisələri və qurumlarına e-poçt xidmətinin göstərilməsində problem yaranmışdır. Aparılan araşdırmalar nəticəsində AzScienceNet-in Data Mərkəzinin e-poçt sisteminin əsas və ehtiyat nüsxələrini yadda saxlayan serverlərində və proqram təminatında texniki nasazlıq aşkarlanmışdır. Hazırda e-poçt xidmətinin bərpa olunması istiqamətində işlər görülür. Xidmət yaxın günlər ərzində tam bərpa ediləcək. AMEA əməkdaşlarına tövsiyə olunur ki, problem aradan qalxanadək digər e-poçt xidmətlərindən (Gmail, Yahoo!, Hotmail, Yandex və s.) istifadə etsinlər.

AzScienceNet şəbəkəsinin administrasiyası

http://science.gov.az/news/open/13217