XƏBƏRLƏR
1620 Arxiv

2020.05.13

“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn konfrans keçiriləcək

Cari ilin iyun ayında AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn konfrans keçiriləcək.

Konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılacaq:

- Yeni pandemiya və epidemiya təhlükələrinin qarşısının alınmasında müasir elmi biliklərin və innovativ texnologiyaların tətbiqi;

- Beynəlxalq əməkdaşlıq və milli biotəhlükəsizlik çağırışları;

- Təkamül və epidemiologiya, gələcək risklər;

- Viral müxtəliflik, koronaviruslar dünyası, onların təkamül dinamikası;

- Yeni koronavirusların yaranması və onlara qarşı immunitetin inkişafı üçün populyasion genom tədqiqatları;

- COVID-19 pandemiyasının diaqnostika və müalicə üsulları;

- Viruslara qarşı mübarizədə peyvəndlərin, antiviral dərmanların, bitki təbiətli birləşmələrin tətbiqi;

- Epidemik alovlanmaların proqnozlaşdırılması, riyazi modellər;

- Pandemiyalar və bioetik problemlər;

- Mikrobiologiya, virusologiya və molekulyar biotexnologiya elmlərinin inkişaf perspektivləri.

Konfransda çıxış etmək istəyənlər tezislərini afig.mammadov@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu yerində “COVID-19 – konfrans” sözlərinin yazılması tələb olunur. Tezislər Microsoft Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası interval 1.15 qoyulmaqla 1 səhifə həcmində olmalıdır.

http://science.gov.az/news/open/13061