XƏBƏRLƏR
3414 Arxiv

2016.07.05

Elmi Şuranın növbəti iclası keçirildi

AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru Elman Yusifov gündəlikdəki məsələlər barədə Şura üzvlərini tanış etdikdən sonra, İnstitun əməkdaşı “Araxnologiya” laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Zöhrə Musayevanı uzun müddət göstərdiyi əmək fəaliyyəti, eyni zamanda 60 illik yubileyilə əlaqədar kollektiv tərəfindən  təbrik etdi və  ona AMEA Zoologiya İnstitutunun “Fəxri Fərmanı”nı təqdim edərək bir ayliq əmək haqqı ilə mükafatlandırdı. Institutun Həmkarlar  Təşkilatının sədri Barat Əhmədov Zöhrə Musayevanı bu əlamətdar gün münasibətilə təbrik edərək, təşkilat adından ona mükafat təqdim etdi.

“Protistologiya” laboratoriyasının müdiri İlham Ələkbərova “Fiziki-coğrafi rayonlaşdırma” xəritəsi haqqında məlumat verdi.  Bu mövzu səsə qoyuldu və Elmi Şura üzvləri tərəfindən qəbul oundu.

Sonra “Su heyvanlarının parazitləri” laboratoriyasının elmi işçisi, b.ü.f.d. Fuad Rzayev“Elektron mikroskopik tədqiqatların biologiya elminin inkişafında rolu” adlı mövzu ilə çıxış etdi. İnstitutun laboratoriya müdirlərinə həmin imkandan səmərəli istifadə etmək tövsiyə edildi.

Elmi şurada  həmçinin İmpakt faktorlu jurnallarda dərc olunan məqalələrə görə mükafatın təyin olunması ilə əlaqədar komissiya yaradıldı.