XƏBƏRLƏR
1709 Arxiv

2020.05.06

Zoologiya İnstitutu əməkdaşlarının fəaliyyəti xüsusi karantin rejiminin tələblərinə uyğun bərpa olunub

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” imzaladığı, 2020-ci il 4 may tarixli sərəncamına əsasən Zoologiya İnstitutunda işçilərin fəaliyyəti qismən bərpa olunub.

Yaşı 65-dən aşağı olan, işə çıxmaları zəruri və vacib sayılan əməkdaşların sayı müəyyən edilərək işə  cəlb edilən işcilər zəruri sənədlərlə təmin edilib.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq institut daxilində profilaktik tədbirlər həyata keçirilib. İşə cəlb edilmiş işçilərə pandemiya və karantin şəraitinin qaydalarına ciddi riayət etmələri tövsiyyə olunub.