XƏBƏRLƏR
2514 Arxiv

2020.05.02

Zoologiya İnstitutu “Evdə qal” aksiyasına qoşularaq sosial videoçarx hazırlayıb

     Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq üçün dövlət tərəfindən atılan ciddi addımlar və irəli sürülən tələblərə dəstək olmaq məqsədilə Zoologiya İnstitutu “Evdə qal” çağırışlarına qoşularaq sosial videoçarx hazırlayıb.

Sözügedən videoçarxda institut əməkdaşları tərəfindən karantin rejiminin qaydalarına əməl edilməsi və ciddi zərurət olmadığı halda yaşadıqları yeri tərk etməməklə bağlı çağırışlar edilib.

Həmçinin, institutun direktor vəzifəsini icra edən b.e.d. Elşad Əhmədovun pandemiya ilə bağlı fikirləri də videoçarxda səsləndirilib. O bildirib ki, əhali tərəfindən xüsusi rejim qaydalarına əməl edilməməsi Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin səmərəliyini təhlükə altında qoyur və xəstəliyin simptomları müşahidə edilməyən yoluxmuş insanların aramızda ola biləcəyini nəzərə alsaq, əhalinin sıx təmasda olduqları yerlərə getmələri, ciddi zərurət olmadığı halda evdən çıxmaları, karantin dövrünün tələblərinə tabe olmamaları pandemiyanın yeni, “ikinci dalğa”sının meydana çıxması ilə uzunmüddətli karantin rejiminə keçilməsinə səbəb ola bilər.