XƏBƏRLƏR
1868 Arxiv

2020.03.11

Zoologiya İnstitutunda növbəti elmi seminar keçirilib

AMEA Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Səliqə Qazi 11 mart 2020-ci il tarixində “Azərbaycan ərazisində şəkər çuğundurunun bəzi zərərvericiləri” mövzusu üzrə elmi seminarda çıxış edib.

O, şəkər çuğundurunun vacib texniki bitki olduğunu, ondan istehsal edilən şəkərin isə ölkə iqtisadiyyatı üçün gəlirli məhsul olduğunu qeyd edərək günün ən aktual məsələsi kimi onun məhsuldarlığını aşağı salan zərərvericilərin aşkar edilməsi, onların bioloji xüsusiyyətlərinin öyrənilməsi, zərərli növlərin tənzimlənməsində rolu olan emtomofaqların aşkarlanmasını nəzərə çatdırıb.