XƏBƏRLƏR
1814 Arxiv

2020.03.06

Zoologiya İnstitutunda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

06 mart 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə institutun direktor vəzifəsini icra edən, b.e.d Elşad Əhmədov açıb. O, bu gün Azərbaycan qadınının cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini, onların ictimai-siyasi həyatda fəal iştirakı və ölkənin mədəni, pedaqoji, elmi həyatında  misilsiz nailiyyətlərindən danışaraq institutun  qadın kollektivini  təbrik edib, onlara can sağlığı, uzun ömür, səadət və firavan həyat arzulayıb.

Tədbirin sonunda institutun Həmkarlar Təşkilatının sədri b.ü.f.d. Vüsalə Nərimanova bütün qadın həmkarları bayram münasibəti ilə təbrik edərək təşkilat adından onlara bayram hədiyyələrini təqdim edib.