XƏBƏRLƏR
1762 Arxiv

2020.02.28

Zoologiya İnstitutunda Mülki Müdafiə və ilk yardım mövzusunda tədbir keçirilib

28 fevral 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunda 1 mart Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş “Mülki Müdafiə və hər bir evdə ilk yardım edən” mövzusunda tədbir keçirilib.

Tədbiri institutun direktor vəzifəsini icra edən, b.e.d Elşad Əhmədov açaraq sözü institutun Mülki Müdafiə qərargah rəisi Eldar Bayramova verib. O, Beynəlxalq Mülki Müdafiə təşkilatının yaranması və bu təşkilatın gördüyü işlər barədə ətraflı məlumat verdikdən sonra fövqəladə hallar zamanı ilk yardım barədə plakatlar və slaydlar nümayiş etdirib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb,  irad və tövsiyyələr dinlənilib.