XƏBƏRLƏR
1668 Arxiv

2020.02.27

Zoologiya İnstitutunda koronavirusa dair maarifləndirici tədbir keçirilib

27 fevral 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunda AMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə institut əməkdaşları üçün koronavirusa dair maarifləndirici tədbir keçirilib. Bununla əlaqədar Səbail rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi, şöbə müdiri Mətanət Məmmədova əməkdaşlara qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verib. Çinin Uxan şəhərində aşkarlanan yeni növün baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahsızlıq, mədə-bağırsaq sisteminin pozulması, nəfəs çatışmazlığı kimi ilkin simptomları olduğunu bildirən M.Məmmədova, xəstəliyə yoluxmamaq üçün profilaktik tədbirlərin mütəmadi aparılmasının zəruriliyini qeyd edib.