XƏBƏRLƏR
3603 Arxiv

2016.07.01

Zoologiya İnstitutunun direktoru gənclərlə görüş keçirib

AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov növbəti dəfə İnstitutun gəncləri ilə görüşdü və onların elmi tədqiqatlarında hansı problemlərin olduğunu ayrı – ayrılıqda dinlədi.

Kiçik elmi işçi Sevinc Rəcəbova su-bataqlıq quşlarının tədqiqatı üçün teleskop və fotoaparata, b.ü.f.d. Fuad Rzayev və kiçik elmi işçi Aqil Haxıyev təcrübə qoymaq üçün reaktivlərə, kiçik elmi işçi Günay Qasımova binokulyar mikroskopa və ekspedisiya ləvazimatlarına ehtiyac olduğunu bildirdilər. İnstitutun direktoru bu məsələlərin həll olması istiqamətində tapşırıqlar verdi.

Sonda iyul – avqust aylarında nəzərdə tutulan kollektiv ekspedisiyaya hazırlıq işləri müzakirə olundu.