XƏBƏRLƏR
1876 Arxiv

2020.02.07

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

07 fevral 2020-ci-il tarixində  Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, aqrar elmləri üzrə fəlsəfə doktoru Afiq Məmmədovun iştirakı ilə AMEA Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Zoologiya İnstitutunun direktor vəzifəsini icra edən, biologiya elmləri doktoru Elşad Əhmədov iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. Belə ki, Elmi şuranın yeni tərkibinin təsdiq olunması, 2020–ci ilin fərdi iş planları, magistrların attestasiyasının nəticələri dinlənilib, bir sıra başqa məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.