XƏBƏRLƏR
1891 Arxiv

2020.01.30

Zoologiya İnstitutunda Gənc alim və mütəxəssislər şurasının cari il üçün ilk iclası keçirilib

30 yanvar 2020-cı il tarixində AMEA Zoologiya İnstitutunda Gənc alim və mütəxəssislər şurasının cari il üçün ilk iclası keçirilib. İclası giriş sözü ilə açan şura sədri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova institutun gənclərinə elmi fəaliyyətdə aktiv olmağı, müxtəlif təqaüd, tədqiqat proqramlarına qoşulmağı tövsiyə edib. Sonra söz institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Elyanə Tahirovaya verilib. O, gənc alim və mütəxəssislərə Avstriya və Türkiyə (2020-2021-ci illər) təqaüd proqramları haqqında ətfalı məlumat verib. Təqaüd proqramlarına qoşulmaq istəyən  gənclərə hansı tələblərin qoyulduğunu, elektron qeydiyyatdan keçmək qaydaları və lazım olan sənədlər haqqında danışıb.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.