XƏBƏRLƏR
2025 Arxiv

2020.01.28

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclasi keçirilib

28 yanvar 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclasi keçirilib. İclası giriş sözü ilə açan Zoologiya İnstitutunun direktor vəzifəsini icra edən, biologiya elmləri doktoru Elşad Əhmədov iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. İclasda Elmi şuranın yeni tərkibinin təsdiq olunması, Azərbaycan Respublikası “Qırmızı Kitabı”nın III nəşri ilə əlaqədar olaraq işçi qrupunun yaradılması, 2020-ci il üçün elmi-tədqiqat işlərinin mərhələləri, 2019/2020-ci illər üçün dissertanturaya qəbulun nəticələri və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb, müəyyən qərarlar qəbul edilib.

İclasda həmçinin, b.ü.f.d. Nailə İsgəndərova, b.e.d Şəfiqə Topçiyeva, b.e.d. Gulzar Mustafayeva və  b.ü.f.d. Reyhan İbrahimovaya institutda göstərdikləri uzunmüddətli elmi fəaliyyətlərinə görə Zoologiya İnstitutunun Fəxri Fərmanı təqdim olunub.