XƏBƏRLƏR
1718
Arxiv

2020.01.28
AMEA əməkdaşlarının pulsuz tibbi müayinəsi həyata keçiriləcək
29 yanvar 2020-ci il tarixində saat 9:00-dan 16:00-dək akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən AMEA əməkdaşlarının pulsuz tibbi müayinəsi həyata keçiriləcək.
Humanitar aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaqdır.
Ünvan: Bakı ş., Hüseyn Cavid prospekti 115, AMEA-nın Əsas binası.
http://science.gov.az/news/open/12044
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.