XƏBƏRLƏR
1929 Arxiv

2019.12.18

Zoologiya İnstitutunda cari ilin son Elmi Şurası keçirilib

18 dekabr 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunda cari ilin son Elmi Şurası keçirilib.

İclasın əvvəlində 2019-cu il  ərzində vəfat edən institut alimlərinin xatirəsi iclas iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Sonra iclası giriş sözü ilə açan institut direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. Məsələlər ətrafında geniş müzakirələr aparılıb, müəyyən qərarlar qəbul edilib.

İclasda həmçinin, institutda göstərdikləri uzunmüddətli fəaliyyətlərinə görə Parazitologiya laboratoriyasının baş elmi işçisi, biologiya üzrə elmlər doktoru  Mahir Hüseynova, Elm gəmisinin kapitanı Yaşar Nurullayeva və texniki şöbənin əmədaşı Sayad Məmmdova AMEA Zoologiya İnstitutunun Fəxri Fərmanı, Əmək veteranı adı və vəsiqəsi təqdim olunub.

İclasda həmçinin, bir sıra digər məsələlərə də baxılıb.