XƏBƏRLƏR
3380 Arxiv

2016.06.29

Elmi Şuranın növbəti iclası keçirildi

AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru Elman Yusifov gündəlikdəki məsələlər barədə Şura üzvlərini tanış etdi.

İnstitutun elmi işlər üzrə direktor müavini Zəkəriyyə Məmmədov AMEA Zoologiya İnstitutunda struktur dəyişikliyi haqqında fikirlərini irəli sürdü və aşağıdakı laboratoriyaların birləşdirilməsini  təklif etdi. Təkliflər Şura üzvləri tərəfindən yekdilliklə qəbul olundu.

1.      Hidrobiologiya, İxtiologiya və Mingəçevir elmi-təcrübə laboratoriyaları birləşdirilərək “Su heyvanları” laboratoriyası;

2.      Helmintologiya və Su heyvanlarının parazitləri laboratoriyaları  birləşdirilərək “Parazitologiya” laboratoriyası;

3.      Teriologiya, Herpetologiya, Ornitologiya laboratoriyaları  birləşdirilərək “Quru onurğalıları” laboratoriyası;

4.      Protistologiya və Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyaları  birləşdirilərək “Protozoologiya” laboratoriyası;

5.      Cücülərin ekologiyası və fiziologiyası, Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları laboratoriyaları birləşdirilərək “Tətbiqi Entomologiya” laboratoriyası;

6.      Araxnologiya;

7.      Cücülərin fauna və sistematikası;

8.      Ağsu Təcrübə Dayaq məntəqəsi;

9.      Zooloji muzey.

Elmi Şurada bununla yanaşı, digər məsələlərə də toxunuldu.