XƏBƏRLƏR
2192 Arxiv

2019.11.14

Zoologiya İnstitutunun əməkdaşı beynəlxalq-elmi seminarda iştirak edib

Azərsu Açıq Səhmdar Cəmiyyəti su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması lahiyələrində elmi nəaliyyətlərə, əhatəli tədqiqatlara əsaslanan texnologiyaların tətbiqinə dair Ceyranbatan qəsəbəsində su təmizləyici stansiyada beynəlxalq-elmi seminar keçirib. AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Adil Əliyev beynəlxalq-elmi seminarda iştirak edib.  

Seminarda həmçinin, Macarıstanın ölkəmizdəki səfiri, Azərsu ASC-nin rəhbər işçiləri də iştirak ediblər. Seminar iştirakçıları təmizləyici qurğuların iş prinsipi ilə yaxından tanış olub, mövzu ətrafında geniş müzakirələr aparıblar.