XƏBƏRLƏR
1899 Arxiv

2019.11.14

Zoologiya İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib

14 noyabr 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib. Müxtəlif istiqamətlər üzrə mövzulara dair attestasiyada 3 doktorant və  9 dissertant iştirak edib.

İclasda doktorant və dissertantlar tədqiqat ili ərzində gördükləri işlərin qısa yekununu nəzərə çatdırıb, sualları cavablandırıblar.

Sonda attestasiya komissiyası üzvləri doktorant və dissertantlara öz təklif və  tövsiyələrini bildiriblər.