XƏBƏRLƏR
2386 Arxiv

2019.10.31

Zoologiya İnstitutunun əməkdaşları seminarda iştirak ediblər

29-30 oktyabr 2019-cu il tarixlərində AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının kiçik elmi işçisi Nigar Mehidyeva və böyük laborantı İntizar  İsmayılzadə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Gənc tədqiqatçılar üçün Open Academy” adlı layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən seminarda iştirak ediblər. Seminarda Avropa elmi məkanında və dünyanın elm tutumlu dövlətlərində geniş yayılmış “Open Science”, “Open Access”, “Open Research date”, “Open innovation” haqqında bilik və informasiyalar verilib, tətbiq olunan bu sistem və onun özəllikləri haqqında prezentasiyalar təqdim edilib. Eyni zamanda, indeksli Open Access jurnallarına çıxış imkanları, bu jurnallarda çap olunma qaydaları, “ORCID” (Open Researcher and Contributor ID), bu sistemin gənc tədqiqatçılar üçün xeyirli tərəfləri, sistemin imkanları, burada ödənşsiz qeydiyyat və bununla bağlı olan beynəlxalq APA stili haqqında iştirakçılar məlumatlandırılıb.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.