XƏBƏRLƏR
2201 Arxiv

2019.10.25

Zoologiya İnstitutunda təşkil olunan beynəlxalq seminar öz işini davam etdirir

AMEA Zoologiya İnstitutu tərəfindən rusiyalı alimlərin iştirakı ilə təşkil olunan elmi-praktiki seminar öz işinə uğurla davam edir. Seminarın növbəti günü 25 oktyabr 2019-cu il tarixində Zoologiya İnstitutununda keçirilib.

Elmi-praktiki seminar rusiyalı alimlərin çıxışları ilə başlayıb. Rusiya Elmlər Akademiyası Bitki və Heyvanların Ekologiyası İnstitutunun baş elmi işçiləri - biologiya üzrə fəlsəfə doktoru Qimranov Dmitri Oleqoviç “Şimali Avrasiya kaynozoy erasının  yırtıcı məməliləri” , biologiya üzrə fəlsəfə doktoru Kosintsev Pavel Andreyeviç “Mamontlar niyə kütləvi surətdə məhv oldular?” adlı məruzələrlə çıxış ediblər.

Seminarda həmçinin yarasalar üzrə ekspert Nicat Həsənov “Azərbaycan yarasalarının faunası və onların bəzi virus xəstəliklərinin potensial mənbəyi kimi araşdırılması”  mövzusunda çıxış edib.