XƏBƏRLƏR
2090 Arxiv

2019.10.16

Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclasi keçirilib

16 oktyabr 2019-ci il tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institut direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış etdikdən sonra Mingəçevir Elmi Təcrübə Stansiyasının elmi işçisi Hicran İslam qızı İsgəndərovanın 50 illik və Tətbiqi Zoologiya Mərkəzinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ramiz Mədətovun 60 illik yubileyi münasibəti ilə onlara uzun ömür, can sağlığı , gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin, onlara Fəxri fərmanlar da təqdim olunub.

Sonra söz illik hesabatın dinlənilməsi üçün “Quru onurğalıları” laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru  Qiyas Quliyeva verilib. Cari ildə görülən işlər haqqında ərtaflı məlumat verən alim,  laboratoriya əməkdaşları tərəfindən 8 əsərin nəşr olunduğunu,  12 əsərin isə çapa təqdim edildiyini vurğulayıb.

Daha sonra “Tətbiqi Zoologiya Mərkəzi”nin müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov mərkəzin 2019-cu ildə gördükləri işlər haqqında danışıb. O, əməkdaşlar tərəfindən bu il ərzində 33 elmi əsərin (1 kitabça, 15 məqalə, 17 tezis) çapdan çıxdığını, 1 məqalə və 2 tezisin isə çapa verildiyini qeyd edib.

İclasda həmçinin yeni yaradılmış “Paleozoologiya” laboratoriyasının da hesabatı dinlənilib. Qısa müddət ərzində görülən işlər haqqında məlumat verildikdən sonra, gələcək planlar  müzakirə olunub.

Sonra isə söz “Hidrobiologiya” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Adil Əliyevə verilib. Cari ildə əməkdaşlar tərəfindən təşkil olunan ekspedisiyalar və iştirak edilən elmi konfranslar haqqında danışan alim, yeni hazırlanan kadr potensialından da söz açıb. Həmçinin, il ərzində 13 elmi əsərin nəşr olunduğu, 3 əsərin isə nəşrə təqdim olunduğunu qeyd edilib.

Sonda isə “Mingəçevir Elmi Təcrübə Stansiyası”nın yekun hesabatı dinlənilib. Hicran İsgəndərova il ərzində məntəqə ərazisində yetişdirilən kənd təsərrüfatı məhsulları, həmçinin, laboratoriya şəraitində çoxaldılan  balıq, zəli və digər heyvanlar haqqında ərtaflı məlumat verib.