XƏBƏRLƏR
3404 Arxiv

2016.06.17

Elmi Şuranın növbəti iclası keçirildi

AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru Elman Yusifov gündəlikdəki məsələlər barədə Şura üzvlərini tanış etdikdən sonra sözü Vivariumun müdiri Hümbət Cəfərova verdi. Hümbət  Cəfərov Vivariumda 2200 ədəd toyuğun yetişdirildiyini, onlardan 500 ədədin kəsimə hazır olduğunu bildirdi. Elmi Şura Vivarium əməkdaşlarının 1 aylıq əmək haqqı miqdarında mükafatlandırılması haqqında qərar qəbul etdi.

İclasda b.ü.e.d. Elşad Əhmədov Elmi-Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası Biologiya Elmləri üzrə Problem Şurasının Zooloji seksiyasının sədri seçildi.

Elmi Şurada bununla yanaşı, digər məsələlərə də toxunuldu.