XƏBƏRLƏR
2527 Arxiv

2019.09.26

Ramiz Mədətovun 60 yaşı tamam olur

Mədətov Ramiz  İdris oğlu 26 sentyabr 1959-cu ildə Ermənistanın Vardenis rayonunun Şişqaya kəndində anadan olub. 1966-1976-cı illərdə həmin kəndin orta məktəbində təhsil alıb.  1976-cı ildə Bakı şəhəri 4№-li Texniki peşə məktəbinə daxil olub. 1980-1985-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin  biologiya fakultəsində təhsilini davam etdirib.

Ramiz Mədətov 1985- cil ildən  AMEA Zoologiya İnstitutunda fəaliyyət göstərir. Hal-hazırda Tətbiqi Zoologiya Mərkəzində böyük elmi işçi vəzifəsində çalışır.

Bu il biologiya üzrə fəlsəfə doktoru Ramiz Mədətovun 60 yaşı tamam olur. Yubiley münasibətilə əməkdaşımızı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, işlərində müvəffəqiyyət və yaradıcılıq uğurları arzulayırıq!