XƏBƏRLƏR
2578 Arxiv

2019.09.24

Rusiyalı alim Zoologiya İnstitutunun qonağı olub

Rusiya Elmlər Akademiyasının (REA) Ural bölməsinin “Bitki və heyvanların ekologiyası İnstitutu”nun əməkdaşı, biologiya elmləri doktoru, professor Vladimir Leonidoviç Verşinin 24 sentyabr 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunun qonağı olub.

V.L. Verşinin Ural ərazisində urbanizasiyanın həmin landşaftlarda canlılara göstərdiyi təsirdən və baş verən dəyişikliklərdən bəhs edən məruzə ilə çıxış edib.  Alim təxminən 40 il müddətində aparılan elmi tədqiqatların nəticələri barədə institut əməkdaşlarına geniş məlumat verib.

İclasın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.