XƏBƏRLƏR
3359 Arxiv

2016.06.16

Elmi Şuranın növbəti iclası keçirildi

Bu gün AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. İnstitutun direktoru Elman Yusifov gündəlikdəki məsələlər barədə Şura üzvlərini tanış etdi, İnstitutun  80 illik yubileyi ilə bağlı hazırda görülən işlər haqqında məlumat vermək üçün sözü b.ü.e.d. Elşad Əhmədova verdi. Elşad Əhmədov yubileyə hazırlanmış materiallardan danışdıqdan sonra Elmi şura üzvlərinin təklifləri dinlənildi.

İclasda elmi işlər üzrə direktor müavini Zəkəriyyə Məmmədov şöbələrin ləğv olunması və bir neçə laboratoriyanın birləşdirilməsi haqqında öz təkliflərini irəli sürdü. Elmi şurada bununla yanaşı, digər məsələlərə də toxunuldu.