XƏBƏRLƏR
2501
Arxiv
2019.09.17
Zoologiya İnstitutunun əməkdaşı Beynəlxalq Konfransda iştirak edib
AMEA Zoologiya İnstitutu Quru Onurğalıları laboratoriyasının əməkdaşı E.K. Əsgərov Rusiyanın Nalçik şəhərində 16 sentyabrda başlamış "Dağ ekosistemləri və onların komponentləri" mövzusunda keçirilən Beynəlxalq Konfransda iştirak edib.
Rusiya zoologiya elminin öndərləri akademik V.N. Bolşakov, REA müxbir üzvləri A.N. Kudaktin, F.A. Tembotovanın qatıldığı konfransda E.K. Əsgərov proqram komitəsinin üzvü seçilib, plenar sessiyada "Azərbaycanda ceyran (Gazella subgutturosa) populyasiyasının say dinamikası" mövzusunda məruzə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.