XƏBƏRLƏR
1826 Arxiv

2019.09.11

Ağsu Təcrübə-Dayaq Məntəqəsindən toplanan məhsulun AMEA-nın elmi bölmələrinə paylanması prosesi davam edir

AMEA Zoologiya İnstitutunun Ağsu Təcrübə-Dayaq Məntəqəsinin üzüm bağından əldə edilən məhsulun AMEA-nın elmi bölmələri arasında paylanması prosesi davam edir. Belə ki, bağdan toplanmış 1.5 ton üzüm məhsulu İctimai Elmlər Bölməsinə təhvil verilib.
Qeyd edək ki,  Ağsu Təcrübə-Dayaq Məntəqəsində elmi-tədqiqat məqsədilə salınmış 1 hektar üzüm bağında mütəxəssislər tərəfindən bitkinin məhsuldarlığının azalmasına təsir edən zərərvericilər və onlara qarşı inteqrir mübarizə üzrə geniş araşdırma aparılıb.

Tədqiqat işlərinin nəticəsi olaraq bu il üzüm bağından 10 tona yaxın məhsul əldə edilib. Əldə olunan ilk 1,5 ton məhsul AMEA-nın Fizika - Riyaziyyat və Texnika Elmləri Bölməsinə, 800 kiloqram üzüm məhsulu Biologiya və Tibb Elmləri Bölməsinə, daha sonra isə 1.5 ton məhsul Yer Elmləri Bölməsinə təhvil verilib.