XƏBƏRLƏR
94 Arxiv

2019.08.30

Hirkan Milli Parkındakı dərman bitkiləri tədqiq edilib

AMEA-nın Dendrologiya İnstitutunun əməkdaşları Hirkan Milli Parkında elmi ekspedisiyada olublar.

Ekspedisiyada institutun Efir yağlı bitkilər laboratoriyasının müdiri, b.e.d., dos. Zümrüd Məmmədova, Herbari və toxumçuluq laboratoriyasının müdiri, b.ü.f.d., dos. Minarə Həsənova və digər əməkdaşlar iştirak ediblər.

Tədqiqatçılar Hirkan Milli Parkında olan dərman bitkilərini araşdırıblar. Müşahidələr zamanı, həmçinin Rubus L. böyürtkən cinsinə aid növlər tədqiq edilib.

Tədqiq olunan növlərin morfoloji və bioloji xüsusiyyətləri, yayılma arealı, əmələ gəlmə fitosenozları müəyyən edilib. Növlərin bioloji xüsusiyyətlərini öyrənmək üçün müşahidələr aparılıb.

Növlərin senopopulyasiyalarının qiymətləndirilməsində geobotaniki araşdırmalar zamanı fitosenozun təsviri klassik və müasir metodlara əsasən aparılıb.

Ekspedisiya zamanı ərazilərdən yığılmış herbari nümunələri toplanaraq fonda əlavə edilib.

http://science.gov.az/news/open/10935