XƏBƏRLƏR
2740 Arxiv

2019.08.02

Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının əməkdaşları ekspedisiyada olublar

17-30 iyul 2019-cu il tarixində Quru onurğalıları laboratoriyasının əməkdaşları – biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov, biologiya üzrə fəlsəfə doktoru Gülbəniz  Qasımova, kiçik elmi işçi Günay Mustafayeva və Zooloji muzeyin müdiri biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova Gədəbəy rayonunun yüksək dağlıq ərazilərində (d.s.h. 1400-2400 m) ekspedisiyada olmuşlar. Ekspedisiya zamanı batraxo və herpetofaunanın eko-faunistik tədqiqi məqsədilə çöl-tədqiqat materialları, batraxofaunanın geniş yayılmış və iqtisadi cəhətdən faydalı növü olan Göl qurbağasına (Pelophylax ridibundus) aid maraqlı materiallar toplanıb. Bu növün yayılmasının molekulyar-genetik və ekoloji xüsisiyyətlərini araşdırmaq, kriptik formaların qarışılıqlı əlaqələrini, onların ərzaq əhəmiyyəti olan populyasiyaların formalaşmasında rolunu öyrənmək məqsədilə ərazisinin müxtəlif sahələrindən molekulyar-genetik tədqiqat üçün materiallar toplanıb.