XƏBƏRLƏR
3648 Arxiv

2016.06.13

“Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları” laboratoriyasının əməkdaşları ekspedisiyada olublar

Abşeronun Pirallahı və Zirə qəsəbəsinə iyunun 10-da ekspedisiya təşkil olundu. “ Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları” laboratoriyasının əməkdaşları laboratoriya müdiri, b.ü.f.d. G.Mustafayeva, k.e.işçilər N.Abbasova, M.Quliyeva, b.lab. A.Əmrahlı bu ərazilərdə bərabərqanadlı  sorucu zərərvericilər, onların entomofaqları, eləcə də koksinellidlər haqqında materiallar topladılar. Sonra Abşeron Milli Parkında zərərvericilərə və onların entomofaqlarına aid entomoloji materiallar toplandı. Müxtəlif ağac-kollarda çanaqlı və mumlu yastıcalar müəyyənləşdirildi. Həmçinin ekspedisiya zamanı  7 növ parabüzən toplandı, mumlu yastıcaların, mənənələrin, çanaqlı yastıcaların, parabüzənlərin fotoşəkilləri çəkildi.