XƏBƏRLƏR
2519 Arxiv

2019.07.29

Zoologiya İnstitutunun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

26 iyul 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Qiyas Quliyev, aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov, elmi işçi Sevinc Rəcəbova , “Hidrobiologiya” laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Saleh Əliyev Azərbaycan Ornitoloqlar Cəmiyyətinin və Ukraynanın Milli Ekoloji Mərkəzinin birgə təşkilatçılığı ilə Boulevard Side otelində keçirilən “Проект: Экосистемный подход к гидроэнергетике: содействие реализации европейских требований к развитию гидроэнергетики в странах Восточной Европы” adlı Azərbaycanın Milli Seminarında iştirak ediblər.

         Qeyd edək ki, seminarda Elçin Sultanov “Экосистемный подход к гидроресурсам в Азербайджане”, Qiyas Quliyev “Роль водных млекопитающих на реках и озерах Азербайджана” və Saleh Əliyev “Оценка воздействия на гидробионтов при воплощении в жизнь больших проектов” adlı mövzularla çıxış ediblər.