2019.07.23
Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının əməkdaşları ekspedisiyada olublar
AMEA Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının böyük elmi işçiləri - biologiya üzrə fəlsəfə doktoru Səkinə Hacıyeva və biologiya üzrə fəlsəfə doktoru Lalə Şirinova, kiçik elmi işçisi Aydın Məmmədov 15-19 iyul 2019-cu il tarixlərində Şamaxı rayonunda ekspedisiyada olublar.
Ekspedisiya zamanı Dağlıq-Şirvan bölgəsinin Şamaxı rayonu ərazisinin Dəmirçi kəndində Dəmirçay ətrafı, həyətyanı sahələr, meşə ətrafı otlaqlar, üzümlüklər və otlaqlardan gündüzlər entomoloji torla çalma ilə, gecələr isə lampa işığında qarışçı kəpənəkləri (Geometridae) toplanılıb. Həmçinin, Şamaxı rayonunun Şirvangöl, Səringöl su tutarlarından, Pirsaat çayı və Ağsu çaylarından, göllərdən sıyrıc və hidrobioloji tor vasitəsi ilə su həşəratları da toplanılıb. Əldə olunan materiallar təyinat üçün laboratoriyaya gətirilib.