XƏBƏRLƏR
2284 Arxiv

2019.07.22

Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının əməkdaşları ekspedisiyada olublar

08-13 iyul 2019-cu il tarixində Quru onurğalıları laboratoriyasının əməkdaşları -  laboratoriya  müdiri, biologiya üzrə elmlər doktoru Qiyas Quliyev, böyük elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Esmira Məmmədrzayeva,  kiçik elmi işçi Gülnar Quliyeva və böyük laborant Leyla Həsənova Şabran, Xaçmaz Qusar rayonlarında  ekspedisiyada olublar. Ekspedisiyanın təşkil olunmasında əsəs məqsəd  bu ərazilərin gəmirici faunasının öyrənilməsindən  ibarət olub. Belə ki ekspedisiya zamanı diritutan tələlər vasitəsi ilə  plan işi üzrə materiallar toplanıb, tədqiqatlar aparılıb .