XƏBƏRLƏR
2652 Arxiv

2019.07.16

Zoologiya İnstitutunun əməkdaşları beynəlxalq ekspedisiyada olublar

25 iyun - 05 iyul 2019-cu il tarixlərində  AMEA Zoologiya İnstitutu “Parazitologiya” laboratoriyasının baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Mahir Hüseynov, elmi işçi Namiq Rzayev və  Xarkov Milli Universiteti “Heyvanların  zoologiyası  və ekologiyası” kafedrasının əməkdaşları - biologiya üzrə elmlər doktoru, professor Sergey Yuriyeviç Utevski, aspirant Qalina Nikolayevna Morqun ilə  birlikdə  Gəncə  rayonunda ekspedisiyada olublar.

Ekspedisiyanın təşkil olunmasında əsəs məqsəd Gəncə  rayonunun Göygöl Milli Parkı ərazisində yerləşən (Göygöl, Maralgöl, Zəligöl və s.) su hövzələrində zəlilərin faunasını öyrənməkdən ibarət olub. Göstərilən su hövzələrindən zəlilərlə paralel olaraq digər onurğasız heyvanlar – mollyusklar, amfipodlar (qammaridlər) da toplanıb və dəqiq təyin olunması  üçün loboratoriyaya gətirilib.