XƏBƏRLƏR
2611
Arxiv
2019.07.09
Zoologiya İnstitutu əməkdaşları ilə "Xızı" Kənd Təsərrüfatı İstehsalat Kompleksi arasında müqavilə imzalanıb
09 iyul 2019-cu il tarixində AMEA Zoologiya İnstitutu əməkdaşları ilə "Xızı" Kənd Təsərrüfatı İstehsalat Kompleksi arasında müqavilə imzalanıb. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 14 dekabr 2018-ci il tarixli 17/5 saylı qərarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına bağçılıq-bostançılıq məqsədi ilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması prosesi başa çatıb. Belə ki, AMEA-nın Zoologiya İnstitutunun torpaq sahəsi almaq üçün müraciət edən və püşkatma yolu ilə seçilən işçilər ilə AMEA-nın "Xızı" Kənd Təsərrüfatı İstehsalat Kompleksi arasında müqavilə imzalanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.