XƏBƏRLƏR
2725 Arxiv

2019.07.05

Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının əməkdaşları ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçiləri  biologiya üzrə fəlsəfə doktoru  Ənvər Cəlilov və biologiya üzrə fəlsəfə doktoru  Süleyman Süleymanov 01.07.2019 – 03.07.2019-cu il tarixdə Orta Xəzərin Giləzi – Sumqayıt akvatoriyasının sahilboyu sularında zooplankton və ixtiofauna üzrə nümunələr toplamaq üçün ekspedisiyada olublar. Ekspedisiya zamanı Orta Xəzərin Giləzi – Sumqayıt akvatoriyasında müəyyən edilmiş 3 daimi stansiyadan zooplanktona və ixtiofaunaya aid nümunələr toplanılıb. Tədqiqat dövründə 6 növdən olan 26 ədəd balıq üzərində müşahidələr aparılıb və zooplanktona dair 5 ədəd nümunə qablaşdırılıb.

Qeyd edək ki, aparılan tədqiqatlar nəticəsində Orta Xəzər akvatoriyasında zooplankton və ixtiofauna biomüxtəlifliyinin müasir durumu haqqında məlumatlar əldə ediləcək.