XƏBƏRLƏR
2214 Arxiv

2019.06.28

Zoologiya İnstitutunda "EBSCOHOST PLATFORMASINDA İNTERAKTİV AXTARIŞ" mövzusunda təlim keçirilib

28 iyun 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunda AMEA-nın Mərkəzi Elmi kitabxanasının (MEK)  təşkilatçılığı ilə  Azərbaycan İnformasiya Konsorsiumu çərçivəsində "Ebscohost Platformasında İnteraktiv Axtarış" mövzusunda təlim keçirilib. Təlimdə Mərkəzi Elmi Kitabxananın “İnnovasiyaların hazırlanması və tətbiqi”  bölməsinin rəhbəri Cəmilə Yusifova  “ EBSCOhost ” axtarış sistemi haqqında ətraflı məlumat verərək, alim və gənc tədqiqatçılara bu  platformada necə interaktiv axtarış aparılması , mühüm əhəmiyyət kəsb edən kitab və jurnalların tam mətnlərinin necə əldə edilməsi barədə institut əməkdaşlarına ətraflı məlumat verib .