XƏBƏRLƏR
2447 Arxiv

2019.06.27

Zoologiya İnstitutunun gənc alimi Amerika Birləşmiş Ştatlarında tədqiqat işi aparır

AMEA Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının elmi işçisi, b.ü.f.d. Türkan Qurbanova , Amerika Birləşmiş Ştatlarının Vyominq Universitetinin Baytarlıq şöbəsinin Parazitologiya laboratoriyasında (University of Wyoming, Department of Veterinary, Laboratory of Parasitology, USA) tədqiqat işi aparır. Tədqiqat işi  “Qoyunların parazitlərinin müasir vəziyyəti və epidemiologiyası” adlı bir illik qrant layihəsi çərçivəsində yerinə yetirilir. Layihə Vyominq Universitetinin “Global Perspectives Grant Program” fondu tərəfindən maliyyələşdirilir. Layihənin yerinə yetirilməsinin əsas məqsədi Azərbaycan və ABŞ-da böyük təsərrüfat əhəmiyyətinə malik olan qoyunların endoparazitlərinin müasir vəziyyətinin qiymətləndirilməsi, onların ən yeni molekulyar metodların tədbiqi ilə təyin edilməsi, parazitofaunanın müqayisəli təhlilinin aparılması və onlara qarşı müasir mübarizə tədbirlərinin hazırlanmasından ibarətdir. Qeyd edək ki, layihə pilot xarakteri daşıyır və alınan nəticələrə əsasən geniş miqyaslı layihə şəklində yenidən işlənilməsi planlaşdırılır.